Dilan Bronn “Salernitana”nı İsveçrə klubuna dəyişdi

İtaliyanın “Salernitana” klubunun tunisli mərkəz müdafiəçisi Dilan Bronn bundan sonra İsvçerənin “Servett” komandasının formasını geyinəcək.

Arena.az bu barədə “Servett”in mətbuat xidmətinə istinadən məlumat verir.

İsveçrə klubu 28 yaşlı futbolçunu icarə müqaviləsi əsasında öz heyətinə qatıb. İcarə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər nəzərdə tutulub. Müqavilədə satınalmaya dair şərt yoxdur. Bir sözlə, tunisli futbolçu mövsüm bitən kimi 2025-ci ilin 30 iyununa qədər müqaviləsinin olduğu “Salernitana”nın düşərgəsinə qayıdacaq.

Dilan Bronn Fransanın “Kann” klubunun yetirməsidir. O, karyerası ərzində “Nyor”, “Gent”, “Mets” və “Salernitana” klublarında çıxış edib.

Cari mövsümdə Bronn “Salernitana”nın heyətində 6 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, 2022-ci ilin avqustundan formasını geyindiyi İtaliya klubunun heyətində 30 oyun keçirib.

Dilan Bronn futbolda heç bir qənimət qazanmayıb. Müdafiəçi 2017-ci ilin martında debüt etdiyi Tunis yığmasının heyətində 38 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 28 yaşlı tunisli müdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: