Djed Spens “İnter”də – Rəsmi

Əslən Yamaykadan olan ingiltərəli sağ cinah müdafiəçisi Djed Spens bundan sonra Milan “İnter”inin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Milan təmsilçisi Spensi “Tottenhem”dən 30 milyon avro müqabilində transfer edib. İngiltərə millisinin üzvü yeni klubu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş 5 illik müqavilə imzalayıb.

Djed Spens İngiltərənin “Fulhem” klubunun yetirməsidir. O, karyerası ərzində “Boro”, “Midlsbro”, “Nottingem Forest” kimi klubların da formasını geyinib.

“Tottenhem” Spensi 2022-ci ilin iyul ayında “Midlsbro”dan 14,7 milyon avro müqabilində transfer etmişdi. Müdafiəçi London klubunun heyətində bütövlükdə 85 matça çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Xatırladaq ki, “Tottenhem” Spensi Fransanın “Renn”, İngiltərənin “Lids”, İtaliyanın “Cenoa” klublarına icarəyə də verib.

Vaxtilə İngiltərənin U-21 yığmasında da forma geyinmiş Spens 2025-ci ildə debüt etdiyi əsas millidə 14 oyun keçirib, 2 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: