Dmitri Nazarov oynamadı, komandası səfərdən 1 xalla döndü

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Sankt Pauli” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Nazarov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

19 oyuna 15 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: