Domeniko Tedesko 2 oyunluq cəzalandırıldı

“Bolonya”nın baş məşqçisi Domeniko Tedesko İtaliya çempionatında hakimə qarşı hörmətsiz davranışına görə 2 oyunluq diskvalifikasiya olunub.

Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssisə əlavə olaraq 5 min avro məbləğində cərimə də tətbiq edilib.

Domeniko Tedesko A Seriyasının 3-cü turunda “Sassuolo” ilə 2:2 hesablı heç-heçə etdikləri matçın əlavə vaxtında qırmızı vərəqə alıb. O, hakimə qarşı kobud və hörmətsiz formada müraciət etdiyinə görə cəzalandırılıb.

Tedesko “Bolonya”nın A Seriyasının növbəti turlarında qarşılaşacağı “Napoli” ilə səfər, “Torino” ilə ev oyunlarında komandasının yanında ola bilməyəcək.

Qeyd edək ki, İtaliya çempionatının 2026/2027-ci illər mövsümünün geridə qalmış 3 turundan sonra “Bolonya”nın hesabında cəmi 1 xal var. Komanda turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: