Domeniko Tedesko “Bolonya”da – Rəsmi

İtalyan-alman futbol mütəxəssisi Domeniko Tedesko bundan sonra İtaliya A Seriyasında mübarizə aparan “Bolonya”ya rəhbərlik edəcək.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

40 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Tedesko bu postda mövsümün bitməsi ilə istefaya göndərilmiş Vinçentso İtalyanonu əvəz edib.

İtalyano 2024-cü ilin iyun ayından Bolonyanın eyniadlı komandasına rəhbərlik edirdi. Bu müddətdə italyan mütəxəssis “bərkgedənləri”i 107 oyuna çıxarıb, 47 qələbə, 29 heç-həçə, 31 məğlubiyyət yaşayıb. İtalyanonun rəhbərliyi altında “Bolonya” 2024/2025-ci illər mövsümündə İtaliya Kubokunun qalibi olub. O, daha öncə “Fiorentina”, “Spetsiya”, “Trapani” kimi komandalara da rəhbərlik edib.

Domeniko Tedesko isə on olaraq Türkiyənin “Fənərbağça” komandasına rəhbərlik edib. O, 2025-ci ilin sentyabr ayında “Fənərbağça”nın baş məşqçisi təyin edilmiş, lakin bu ilin aprelində istefaya göndərilmişdi.

Tedesko daha öncə Rusiyada Moskva “Spartak”ını (Rusiya), Almaniyada “Leypsiq”, “Şalke” və “Ersgebirge”ni, həmçinin Belçika yığmasını çalışdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: