Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Rumıniya yığması ilə qarşıdakı oyundan danışıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan-alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Rumıniya yaxşı komandadır. Onların Ukrayna millisi ilə oyununa göz yumsaq da, yaxşı komanda olduğunu bilirdik. Seçmə mərhələdə bir oyun belə, uduzmayıblar. Onlar öz meydanında İsveçrəni məğlub ediblər. Biz heç kimdən qorxmuruq, amma istənilən rəqibə, xüsusən də qarşıda oynayacağımız rəqibə böyük hörmətimiz var”, deyə Domeniko Tedesko bildirib.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun “E” qrupu çərçivəsində keçiriləcək Belçika – Rumıniya oyunu bu gün, iyunun 22-də Kölnün “Reyn Energi” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
2-ci tur ərəfəsində “E” qrupunun yarış cədvəli belə mənzərə yaradır:
- Rumıniya – 3 xal (1 oyun)
- Ukrayna – 3 xal (2 oyun)
- Slovakiya – 3 (2 oyun)
- Belçika – 0 (1 oyun)


