Duayt York: “Liverpul”un əsas fəsadı Florian Virtsdir”

Trinidad və Tobaqo futbolunun əfsanəsi, “Mançester Yunayted”də çıxışı ilə məşhur olan keçmiş hücumçu Duayt York “Liverpul”un əsas fəsadını açıqlayıb.

Arena.az keçmiş futbolçunun müvafiq qənaətini təqdim edir:

“Liverpul”un fəsadı – Florian Virtsdir. Bəzi çətinlikləri həm də, onun keçidi müqabilində xərclənmiş o qədər pul yaradır”, deyə Duayt York vurğulayıb.

Xatırladaq ki, cari ilin iyul ayında “Liverpul” alman hücumameyilli yarımmüdafiəçi Florian Virtsin satın alınması müqabilində “Bayer”ə 125 milyon avro məbləğində ödəniş etmişdi. Amma Almaniya yığmasının üzvü İngiltərə nəhənginin heyətində ümidləri doğrultmur. 22 yaşlı futbolçu indiyə qədər “qırmızılar”ın heyətində 16 oyuna çıxsa da, qol hesabını aça bilməyib. Onun hesabında cəmi 3 məhsuldar ötürmə var.

Ötən mövsüm İngiltərə çempionu olmuş “Liverpul” da cari mövsümdə qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir. Komanda Premyer Liqada 11 oyuna cəmi 18 xal toplayıb və yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: