“Forbes” jurnalı dünyanın ən bahalı klublarının reytinq siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, siyahıya tarixində ilk dəfə İspaniyanın “Barselona” klubu başçılıq edir. Kataloniya təmsilçisinin qiyməti 4.76 milyard ABŞ dollarıdır.
İkinci yeri 4.75 milyard dollar dəyərə malik Madrid “Real”ı tutur. “Kral klubu” kommersiya gəliri baxımından liderliyini qoruyub. 2019/20 mövsümündə paytaxt təmsilçisi reklam və sponsorlardan 424 milyon dollar gəlir əldə edib. “Barselona”da bu göstərici 377 milyon dollar olub. 275 milyon dollar isə yayımlardan gəlib. Bu, bütün klublar arasında ən yüksək göstəricidir.
Son 16 ildə siyahıda birinci yeri 11 dəfə İngiltərənin “Mançester Yunayted” klubu tutubsa, 5 dəfə buna “Real” nail olub.
Yeni siyahıda üçüncü pillədə 4.22 milyard dollar qiymətə malik Almaniya çempionu “Bavariya” qərarlaşıb.
İlk “10-luq”da İngiltərənin 6 klubu – “Mançester Yunayted”, “Liverpul”, “Mançester Siti”, “Çelsi”, “Arsenal” və “Tottenhem”lə yanaşı, Fransanın PSJ klubu da yer alıb.
Dünyanın ən bahalı klublarının reytinq siyahısı:
- “Barselona” – 4.76 milyard dollar
- “Real” – 4.75 milyard dollar
- “Bavariya” – 4.22 milyard dollar
- “Mançester Yunayted” – 4.2 milyard dollar
- “Liverpul” – 4.1 milyard dollar
- “Mançester Siti” – 4 milyard dollar
- “Çelsi” – 3.2 milyard dollar
- “Arsenal” – 2.8 milyard dollar
- PSJ – 2.5 milyard dollar
- “Tottenhem” – 2.3 milyard dollar
- “Yuventus” – 1.95 milyard dollar
- “Borussiya” (Dortmund) – 1.9 milyard dollar
- “Atletiko” – 1 milyard dollar
- “İnter” – 743 milyon dollar
- “Everton” – 658 milyon dollar
- “Milan” – 559 milyon dollar
- “Roma” – 548 milyon dollar
- “Vest Hem” – 508 milyon dollar
- “Lester Siti” – 455 milyon dollar
- “Ayaks” – 413 milyon dollar


