Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) son 10 ilin 40 ən güclü milli çempionatının adını açıqlayıb.
Arena.az xəbər verir ki, araşdırma 2011-2020-ci illəri əhatə edib.
Siyahının ilk pilləsində İspaniya La Liqası qərarlaşıb. İkinci yeri İngiltərə Premyer Liqası tutub. İlk üçlüyü Braziliya A Seriyası qapayıb.
Siyahıda Avropa ölkələrinin milli çempionatları daha çox üstünlük təşkil edir. Belə ki, bu qitədən 25 ölkə çempionatı dünyanın aparıcı liqaları sırasına düşə bilib. Onların da 14-ü hətta TOP-20-də yer alıb. Cənubi Amerikadan isə 8 ölkənin milli birinciliyi 40 ən güclü liqa sırasında yer almağı bacarıb.
Qeyd edək ki, İFFHS bu siyahını tərtib edərkən milli çempionatların hər il topladığı xalları toplayıb. İFFHS bütün milli çempionatların illik reytinqini də tərtib edir.
Dünyanın ən güclü milli çempionatlarının siyahısı belədir:
- İspaniya – 11988
- İngiltərə – 10498
- Braziliya – 9851
- İtaliya – 9787,5
- Almaniya – 9118
- Argentina – 8639
- Fransa – 8594
- Kolumbiya – 7672
- Portuqaliya – 7217
- Paraqvay – 6922,5
- Belçika – 6592,5
- Niderland – 6482,5
- Rusiya – 6290
- Ekvador – 6095,5
- Yunanıstan – 6084,5
- Ukrayna – 6053,5
- Meksika – 5947,5
- Türkiyə – 5872,5
- Şotlandiya – 5828
- Çexiya – 5719
- Rumıniya – 5704,5
- Cənubi Koreya – 5698,5
- Kipr – 5538,5
- Avstriya – 5473,5
- İsveçrə – 5400
- Xorvatiya – 5245,5
- Danimarka – 5034,5
- İsrail – 4904
- Tunis – 4817
- Çili – 4815,5
- Səudiyyə Ərəbistanı – 4697,5
- Serbiya – 4429
- Yaponiya – 4423,5
- Misir – 4306,5
- Uruqvay – 4238
- Norveç – 4208,5
- Bolqarıstan – 4084,5
- Mərakeş – 4065
- Polşa – 4062,5
- Boliviya – 3913


