Duşan Vlahoviç “Yuventus”u tərk etdi

“Yuventus”un serb mərkəz hücumçusu Duşan Vlahoviç cari mövsümün başa çatması ilə “qoca sinyora”dan azad agent qismində ayrılacaq.

Arena.az xəbər verir ki, tərəflər yeni müqavilə barədə razılıq əldə edə biməyiblər.

Vurğulanır ki, Vlahoviç nəhəng maliyyə təlbləri irəli sürüb. Müvafiq tələblərlə, serb futbolçunun İtaliya A Seriyasında çıxış edəcəyi mümkünsüz görünür.

Xatırladaq ki, Duşan Vlahoviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. “Fiorentina”dakı çıxışı ilə tərəqqi etmiş serb hücumçu 2022-ci ilin yanvarında 83,5 milyon avro məbləğ müqabilində Florensiya klubundan “Yuventus”un düşərgəsinə keçmişdi. Vlahoviçin “qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Vlahoviç “Yuventus”un heyətində bütün yarışlarda 168 oyuna çıxıb, 68 qol vurub, 16 məhsuldar ötürmə verib.

Serb hücumçu 2023/2024-cü illər mövsümündə “Yuventus”la İtaliya Kubokunun qalibi olub.

Duşan Vlahoviç 2020-ci ilin oktyabr ayında debüt etdiyi Serbiya yığma komandasının heyətində 41 oyuna çıxıb. O, bu oyunlarda 16 qola imza atıb və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 26 yaşlı serb mərkəz hücumçusu Duşan Vlahoviçin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: