Eddi Hau ÇL-dəki uğursuzluğa dair: “İçimizdə boşluq var”

“Nyukasl”ın baş məşqçisi Eddi Hau Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Milan”a məğlubiyyətdən (1:2) danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Çox yaxşı çıxış kəsintilərimiz oldu. Bəzən üstünlük təşkil edirdik, amma ikinci qol üçün yetərli olmadı, qol buraxdığımız məqamlarda kifayət qədər yaxşı müdafiə oluna bilmədik.

Baş-başa oyun idi, hər iki komanda həqiqətən qələbə qazanmaq istəyirdi. Biz pley-offa yüksəlməyə çalışırdıq, ona görə də cəsarətlə oynamalı olduq. Eynisi rəqibə də aiddir, ona görə də oyun çox yaxşı alındı. Biz imkanlar yaratdıq və indi büsbütün boşalmışıq”, deyə Eddi Hau bildirib.

Məğlubiyyət nəticəsində “Nyukasl” “F” qrupunu 5 xalla autsayder kimi başa vurub və cari mövsümdə avrokuboklarda iştirakına xitam verib. “Milan” isə 8 xalla Avropa Liqasına yollanıb. “Borussiya” 11 xalla 1-ci, PSJ 8 xalla 2-ci olub. Hər iki komanda turnirin ələmə mərhələsinə vəsiqə qazanıb.