İngiltərənin “Nyukasl” klubu əsas komandanın baş məşqçisi Eddi Hau ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İngiltərədən olan 44 yaşlı mütəxəssislə uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılıb. Lakin müddət və digər detallar açıqlanmayıb.
Xatırladaq ki, Eddi Hau 2021-ci ilin 8 noyabrında “Nyukasl”ın baş məşqçisi təyin olunmuşdu. Həmin vaxt onunla 2024-cü ilin yayına kimi müqavilə imzalanmışdı.
“Nyukasl” bu məşqçinin rəhbərliyi altında 28 oyuna çıxıb, 13 qələbə qazanıb, 5 heç-heçə edib, 10 oyunda məğlub olub. Komanda Premyer Liqada geridə qalan mövsümü 11-ci pillədə başa vurub.
Hau daha öncə “Bornmut” və “Bernli” komandalarına da rəhbərlik edib.


