Eder Sarabiya – La Liqada sentyabr ayının ən yaxşı məşqçisi!

“Elçe” komandasına rəhbərlik edən Eder Sarabiya futbol üzrə İspaniya La Liqasında 2025-ci ilin sentyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Elçe” sentyabr ayında ölkə çempionatı çərçivəsində keçirdiyi 4 oyunun ikisində qalib gəlib, ikisində heç-heçə edib.

Sarabiya sentyabrın ən yaxşı məşqçisi mükafatını qazanmaq üçün “Real”dakı həmkarı Xabi Alonsonu və “Barselona”ya rəhbərlik edən Hansi Fliki geridə qoymağı bacarıb.

Xatırladaq ki, Eder Sarabiya 2024-cü ilin yayından “Elçe”yə rəhbərlik edir. Sözügedən komanda məhz bu mütəxəssisin rəhbərliyi altında cari mövsümdə yenidən La Liqada mübarizə aparmaq hüququ qazanıb. “Elçe” elitada da inamlı çıxışı ilə seçilir. Komanda keçirdiyi 8 oyunda cəmi 1 dəfə uduzub, 3 qələbə qazanıb, 4 heç-heçə edib.

Sarabiya karyerası ərzində ilk dəfə La Liqada ayın ən yaxşısı seçilib.

Cari mövsümdə İspaniya La Liqasında ilk belə mükafatı “Real”ı çalışdıran Xabi Alonso qazanıb. O, avqust ayının ən yaxşısı seçilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: