Niderland yığmasının əfsanəvi, sabiq qapıçısı Edvin van der Sar reanimasiyadan çıxarılaraq ümumi palataya köçürülüb.
Arena.az xəbər verir Van der Sar bu barədə özünün “Twitter” hesabında yazıb:
“İlk növbədə, gözəl ismarışlara, dəstək sözlərinə görə hər kəsə təşəkkür etmək istəyirik. Artıq intensiv terapiya şöbəsində olmadığımı elan etməkdən məmnunam. Bununla belə, mən hələ də xəstəxanadayam. Gələn həftə evə qayıdacağama və sağalmağımda növbəti addımı atacağıma ümidvaram!”
Xatırladaq ki, bir müddət əvvəl Edvin van der Sar beyinə qansızma diaqnozu ilə təcili surətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.



