İspaniya Sequndasının sonuncu, 42-ci turunun “Deportivo La-Korunya” ilə səfər oyunu “Elçe” üçün toy-bayrama çevrilib.
Arena.az məlumat verir ki, sözügedən komanda rəqibini 4:0 hesabı ilə darmadğın edərək, İspaniya La Liqasına vəsiqəsini təmin edib.
Yekun yarış cədvəlində “Elçe” 77 xalla 2-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, daha əvvəl “Levante” Sequndanın qalibi qismində La Liqaya vəsiqə əldə etmişdi.
La Liqaya sonuncu vəsiqənin taleyinə isə “Almeriya” – “Ovyedo” və “Rasinq” – “Mirandes” cütlərinin qalibləri arasında keçiriləcək həlledici oyunda aydınlıq gələcək.


