Elçin Məmmədov “Qalatasaray” – “Yunion” matçına təyinat aldı

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Məmmədov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Yunion” (Belçika) qarşılaşmasının UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma noyabrın 25-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: