“Elfsborq” – “Qarabağ”: Açıq məşq və mətbuat konfransı olacaq

Avropa Liqasında Liqa mərhələsinin 6-cü turunun “Elfsborq” – “Qarabağ” matçından öncə mətbuat konfransı və açıq məşq təşkil ediləcək.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı bu gün yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə 21:40) baş tutacaq. 19:00-da (22:00) isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qeyd edək ki, “Elfsborq” – “Qarabağ” matçı dekabrın 12-də keçiriləcək. Oyuna dekabrın 13-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-də start veriləcək.

Keçirdiyi ilk beş oyunda bir qələbə qazanıb, dörd məğlubiyyətə üzülmüş Azərbaycan çempionu hazırda 3 xalla 32-ci sırada qərarlaşıb. Beş turda 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət görmüş İsveç təmsilçisi isə 4 xalla 28-ci yerdədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: