Əliyar Ağayev Mahir Emrelinin komandasının oyununa təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Konfrans Liqasının 2026/27 mövsümünün pley-off mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Əliyar Ağayev Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində millimizin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi Polşanın “Rakuv” klubunun Xorvatiya təmsilçisi “Hayduk”la matçına baş hakim olaraq təyinat alıb.

Əliyar Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. VAR-da Piter Benks (İngiltərə) və İnqilab Məmmədov çalışacaqlar.

Qeyd edək ki, “Rakuv”la “Hayduk” arasındakı cavab qarşılaşması avqustun 27-də Polşada keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: