Yeddi il idi “Neftçi”də çalışan klubun vitse-prezident Elnur Eyvazov paytaxt təmsilçisindən ayrılmağa qərar verib.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Eyvazov artıq “Neftçi”dən ayrılıb.
Elnur Eyvazov 2016-2017-ci illərdə “Neftçi” PFK-nın icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, 2017-ci il iyul ayının 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərarın əsasında baş verən struktur dəyişikliyindən sonra “Neftçi” PFK-nın vitse-prezidenti postuna təyin olunmuşdu.
Xəbərdə o da vurğulanır ki, Eyvazov öz istəyi ilə tutduğu vəzifədən azad edilib.
“Neftçi” 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar diləyib.


