Elvin Bədəlov “Sumqayıt”da 100-ə çatdı

Azərbaycan Premyer Liqasının 3-cü turunun “Qəbələ” ilə səfər oyunu “Sumqayıt”ın futbolçusu Elvin Bədəlov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, bütün turnirlər daxil olmaqla bu komandanın heyətində 100-cü oyununu keçirib.

Qeyd edək ki, bu oyunların 86-sı Premyer Liqa, 11-i Azərbaycan Kuboku, 3-ü isə avrokubok oyunlarına təsadüf edib. Elvin Bədəlov bu oyunlarda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Elvin Bədəlov 2019-cu ilin avqustundan “Sumqayıt”da çıxış edir. O, daha öncə “Karabax Vyana”, “Sabah”, “Sumqayıt”, “Neftçi” kimi klubların da formasını geyinib. Müdafiəçi Azərbaycan millisində də 8 matç keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: