Elvin Məmmədov futbolçu karyerasını bitirdi

Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi, son mövsümü “Şamaxı”da keçirmiş Elvin Məmmədov futbolçu karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu yay “Şamaxı”dan azad agent kimi ayrılan 35 yaşlı oyunçu artıq futboldan getdiyini bildirib.

O, Premyer Liqa klublarından təklif almadığı üçün bu addımı atıb. Təcrübəli oyunçu aşağı liqa klublarından təkliflər alsa da, orada oynamaq istəməyib.

“Turan”ın yetirməsi olan Elvin Məmmədov karyerası ərzində “İnter”, “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib. O, 2008-2017-ci illərdə Azərbaycan millisinin heyətində 38 oyun keçirib, 7 qol vurub.

Elvinin oynadığı klublardakı statistikası belədir:

“Bakı” – 71 oyun, 3 qol

“İnter”/“Şamaxı” – 62 oyun, 4 qol, 4 assist

“Qarabağ” – 60 oyun, 4 qol

“Zirə” – 53 oyun, 6 qol, 2 assist

“Sumqayıt” – 53 oyun, 2 qol, 4 assist

“Qəbələ” – 14 oyun, 2 qol

Xəbəri sosial şəbəkələrdə paylaş: