Elvin Yunuszadə “Boluspor”da ardıcıl 5-ci məğlubiyyətə üzüldü

Azərbaycan millisinin sabiq mərkəz müdafiəçisi Elvin Yunuszadə Türkiyənin “Boluspor” komandasının növbəti məğlubiyyətinə üzülüb.

Arena.az ötən gecə Türkiyə Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 5-ci turunun oyunları keçirilib.

Yunuszadənin bu yay transfer olunduğu “Boluspor” öz meydanında “Keçiörengücü” ilə üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablə qələbəsi ilə yekunlaşıb.

Elvin bu matçın iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Boluspor” cari mövsümdə keçirdiyi 5 oyunun hamısından məğlubiyyətlə ayrılmış yeganə komandadır və 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Elvin bu görüşlərdən birində meydana çıxıb.

Xatırladaq ki, “Boluspor” Yunuszadənin karyerasında legioner həyatı yaşadığı üçüncü klubdur. Müdafiəçi daha öncə Bosniya və Herseqovinanın “Çelik”, Şimali Makedoniyanın “Şkupi” klublarında da forma geyinib. O, “Netçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, “Qəbələ” və “Karvan”ın da uğurları üçün çalışıb. Stopper mövqeyində çıxış edən Elvin Yunuszadə Azərbaycan millisinin də formasını geyinib. O, millimizin heyətində 3 oyuna çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: