Emil Babayev “Sumqayıt”dan ayrıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünü uğursuz keçirən “Sumqayıt” məşqçisi Emil Babayev ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, qapıçılar üzrə məşqçinin klubla müqaviləsinin müddəti başa çatıb. Rəhbərlik 42 yaşlı mütəxəssislə yeni sözləşmə imzalamamaq qərarına gəlib.

Xatırladaq ki, Emil Babayev 25 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olub. O, futbolçu karyerası ərzində “Neftçi”, “Şəfa”, “Torpedo Lujniki” (Rusiya) kimi komandaların, Azərbaycanın U-16, U-18 və U-21 yığmlarının şərəfini qoruyub.

Babayev məşqçilik karyerasında “Neftçi”, “Rəvan”, “Simurq”, ÇSKA (Moskva, Rusiya) kimi klublarda, Azərbaycanın U-15 və U-17 yığmalarına çalışıb. O, 2018-ci ildən “Sumqayıt”ın qapıçılar üzrə məşqçisi kimi fəaliyyət göstərirdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: