Emil Forsberq “Leypsiq”lə yeni müqavilə bağladı

Almaniyanın “Leypsiq” klubu yarımmüdafiəçisi Emil Forsberq ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İsveçli futbolçu ilə müqavilənin müddəti 2025-ci ilin iyununa kimi artırılıb.

Qeyd edək ki, Emil Forsberq 2015-ci ildən Bundesliqa təmsilçisində oynayır. 29 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 211 matçda 47 qola imza atıb, 56 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi daha öncə ölkəsində “Sundsvall” və “Malmö”nün uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: