“Real”ın braziliyalı mərkəz hücumçusu Endrik “qaymaqlılar”ın heyətində meydanda az oyun vaxtı almasını əsaslandırıb.
Arena.az UOL dərgisinə istinadən, braziliyalı futbolçunun bu barədə qənaətini təqdim edir:
“Real”da olmaq – bu bir şərəf, amma həmçinin bir çağırışdır. Mən burada, dünyada ən yaxşı adlandırıla biləcək istedadlarla oynayıram. Mənə hər təmrində təkmilləşmək gərəkdir ki, onların səviyyəsində olum, nəinki oyunlarda, həmçinin məşqlərdə”, deyə gənc futbolçu vurğulayıb.
Endrik “Palmeyras”ın yetirməsidir. “Real” Endriki 2024-cü ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan tamhüquqlu əsasda “qaymaqlılar”ın heyətinə qatıb.
Endrikin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Endrik “Real”ın heyətində 23 oyuna 5 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Endrik 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub, həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.
“Real”la isə Endrik UEFA Super Kubokunun (2024/2025) və FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.
Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 13 oyun keçirib və 3 qol vurub.
“Transfermarkt” internet-portalı 18 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


