Endrik “Real”dan mümkün gedişi ilə bağlı şayiələri cavabladı

“Real”ın 18 yaşlı braziliyalı mərkəz hücumçusu Endrik Madrid klubundan mümkün gedişi ilə bağlı şayiələri cavablayıb.

Arena.az xatırladır ki, Endrikin meydanda az oyun vaxtı alması səbəbindən “Real”dan ayrılacağı ilə bağlı söz-söhbət dolaşır.

“Mənə, “Real”ın oyunçusu olmaq xoşdur! Mənə burada olmaq xoşdur, mən bu klubu sevirəm. Mən burada öyrənmək, inkişaf etmək, “Real” üçün mümkün hər şeyi etmək üçün varam”, deyə gənc futbolçu vurğulayıb.

Endrik “Palmeyras”ın yetirməsidir. “Real” Endriki 2024-cü ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan tamhüquqlu əsasda “qaymaqlılar”ın heyətinə qatıb.

Braziliyalı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Endrik “Real”ın heyətində 29 oyuna 7 qolla fərqlənib.

Endrik 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub, həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Gənc futbolçu “Real”la da UEFA Super Kubokunun (2024/2025) və FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 14 oyun keçirib və 3 qol vurub.

“Transfermarkt” internet-portalı 18 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: