“Enilive” – A Seriyasının yeni baş sponsoru!

Mobil məhsullar və xidmətlər üzrə ixtisaslaşmış “Enilive” şirkəti gələn mövsümdən etibarən İtaliya A Seriyasının yeni baş sponsoru olacaq.

Arena.az bu barədə sözügedən şirkətin rəsmi saytına istinadən məlumat verir.

Bildirilir ki, müqavilə daha 1 mövsüm uzadılması şərti ilə 2 il müddətinə imzalanıb. Eyni zamanda, İtaliya çempionatı mövsümdə 22 milyon avro qazanacaq. Əvvəllər çempionat “Serie A Tim” adlanırdı, yeni müqavilədən sonra isə “Serie A Enilive” adlanacaq.

“Enilive” bütün Avropada 5 mindən çox xidmət stansiyası şəbəkəsinə malikdir. Onlardan 4 mini İtaliyada yerləşir. Hər gün şirkətin xidmət stansiyaları 1,5 milyondan çox insanı geniş xidmətlər üçün qəbul edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: