Entoni Vilson rəsmən “Sabah”da!

FİBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlığını davam etdirən “Sabah” amerikalı basketbolçu Entoni Vilson ilə güclənib.

Arena.az xəbər verir ki, bu barədə basketbol klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 25 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.

204 sm boya malik Entoni Vilson NCAA-də (kollec liqası) iştirak edən “George Mayson Patriots” klubunun tarixinə bütün dövrlər üzrə ən çox blok (212) edən oyunçu kimi düşüb. O, son mövsümü Afrika Liqasında iştirak edən Nigeriyanın “Kvara Falkons” klubunda forma geyinib.

Xatırladaq ki, “Sabah” daha öncə Korin Henri, Pavle Marçinkoviç, Mayk Holton, Kivon Devonport, Şirzad Şirzadov və Endər Poladxanlı ilə 1 illik müqavilə imzalamışdı. Fuad Niftəliyev, Rüstəm Əliyev, Əlikamran Məmmədov və Kaelin Kreynlə müqavilənin müddəti isə daha 1 illiyinə artırılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: