Entso Mareska: “Legiya”ya məğlubiyyətdən razı deyilik”

“Çelsi”nin baş məşqçisi Entso Mareska Avropa Konfrans Liqasının 1/4 finalının evdə baş tutmuş “Legiya” ilə cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, Varşavadakı ilk oyunda 3:0 hesablı qələbə qazanmış “zadəganlar” Londonda 1:2 hesabı ilə məğlub olublar.

Entso Mareska matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Biz məğlubiyyətimizdən razı deyilik. Bu oyunda növbələşmə gerçəkləşdirilmişdi ki, “Fulhem”lə oyun ərəfəsində zədələrdən sığortalanaq. Ən əsası odur ki, biz yarımfinala çıxdıq. Mövsümün son kəsimində bizim zədəlilərimiz yoxdur, bu, çox sevindirir”, – “Football London” dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Yarımfinla vəsiqə qazanmış “Çelsi” “Yurqorden”lə qarşılaşacaq. “Legiya” isə ümidlərini növbəti mövsümə bağlamalı olub.

Əlavə edək ki, “zadəganlar” yarışda qalibiyyətə əsas namizəddirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: