“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq portuqal ulduz hücumçu Kristiano Ronaldonun tənqidlərini cavablayıb.
Arena.az xatırladır ki, daha əvvəl, hazırda “Əl-Nəsr”də çıxış edən, “qırmızı şeytanlar”ın keçmiş futbolçusu Ronaldo, niderlandlı mütəxəssis Ten Haqı iddiasızlıqda ittiham edərək, tənqidi mövqe tutmuşdu.
“Ronaldo özü deyib ki, “Mançester Yunayted” Premyer Liqanı qazana bilməyəcək. Müsahibəni diqqətlə oxumusunuzsa, o, məhz belə deyib.
Haqqımızdakı danışıqlar məni maraqlandırmır. Mən, bizim hərəkət etdiyimiz istiqaməti bilirəm”, – “Manchester Evening News” dərgisi Ten Haqdan sitat gətirir.
Xatırladaq ki, Kristiano Ronaldo 2003-2009-cu və 2021-2022-ci illərdə “Mançester Yunayted”də çıxış edib. Portuqal ulduz “qırmızı şeytanlara” dəfələrlə əsas klub yarışlarından kubokları öz qənimətlər muzeyinə daşıyıb-aparıb, həmçinin çoxsaylı fərdi mükafatlar qazanıb.
Kristiano Ronaldo məhz “qırmızı şeytanlar”ın niderlandlı baş məşqçisi Erik ten Haqla fikir ayrılığı səbəbindən “Mançester Yunayted”i azad agent qismində tərk edərək, 2023-cü ilin yanvarında “Əl-Nəsr”ə keçmişdi.
Erik ten Haqa gəlincə, niderlandlı mütəxəssis “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 118 oyuna çıxarıb, 69 qələbə, 15 heç-heçə, 34 məğlubiyyət yaşayıb. Topların fərqi isə 216:169 nisbətindədir.
Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haq ilə müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.
“Mançester Yunayted” bu mövsüm İngiltərə Premyer Liqadasın keçirdiyi 3 oyunda cəmi 3 xal qazanıb (1 qələbə, 2 məğlubiyyət) və 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.


