Erik ten Haq Skott Maktomineyin kapitanlığını izah etdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq şotland dayaq yarımmüdafiəçisi Skott Maktomineyin kapitan olmasının səbəbini açıqlayıb.

Arena.az italyan jurnalist-insayder Fabrizio Ronmanoya istinadən, holland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“O, “Mançester Yunayted”də oynamağın, ürəyində bu nişanla oynamağın nə demək olduğunun bir nümunəsidir. Əminəm ki, o, ünsiyyət, ehtiras və istək nümunəsi olacaq”, deyə Erik ten Haq bildirib.

Skott Maktominey “Mançester Yunayted”in yetirməsidir. Yarımmüdafiəçi 2017-ci ilin iyulunda “qırmızı şeytanlar”ın əsas komandasına transfer edilib. Maktomineyin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Maktominey “qırmızı şeytanlar”ın heyətində 19 oyuna 6 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Şotland futbolçu “Mançester Yunayted”lə 2022/2023 mövsümü İngiltərə Liqa Kubokunun qalibi olub.

Skott Maktominey 2018-ci ilin martında dübüt etdiyi Şotlandiya yığmasının heyətində 47 oyun keçirib, 8 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı Skott Maktomineyi 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: