“Mançester Siti”nin norveçli qolçusu Erlinq Haland “şəhərlilər”in maskotuna xəsarət yetirməkdə təqsirli bilinir.
Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, ötən ilin oktyabr ayında İngiltərə Premyer Liqasının “Mançester Siti” – “Sauthempton” oyununda (1:0) Moonbeam yadplanetlisinin libasında çıxış edən qadın, Halandın ona zarafatyana zərbə vurması ilə xəsarət aldığı şikayətindədir.
Bildirilir ki, qadın oyun ərəfəsində foto üçün duruşda ikən, arxadan ənsəsinə iki zərbə hiss edib. Bundan sonra sarsılmış qadın meydandan çəkilib-gedib və həmkarından soruşub: “Lənət şeytana, bu nə idi, məni kim vurdu?”. Həmkarı isə qadını cavablayıb: “Bu, Erlinq idi. O, səni arxadan vurdu”.
Zərərçəkmiş qadın bildirib ki, Halandın zərbəsindən bir müddət sonra onu qusuntu tutub, həmçinin başağrısına mübtəla olub. Səhəri gün isə qadını “Mançester Siti”nin həkimi müayinə edib və zərərçəkmişə xəstəxanaya müraciət etməyi tövsiyə edib.
Vurğulanır ki, yerli araşdırma Halandın qadının xəsarətində təqsirkar olmadığını müəyyənləşdirib. Heabatda göstərilib ki: “Erlinq Haland Moonbeamin ya belinə, ya da başına minnətdarlıq əlaməti olaraq həmişə nəvazişlə sığal çəkir”. Müvafiq videokadrlarda həmçinin görünür ki, “qolçu vikinq” maskota ancaq “toxunur”.


