Ernan Krespo Argentina klubundan ayrıldı

Argentinanın “Defensa və Xustisiya” klubunun baş məşqçisi Ernan Krespo vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə 46 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib.

Krespo ötən ilin yanvarından “Defensa və Xustisiya” komandasını çalışdırırdı.

“Defensa və Xustisiya” onun rəhbərliyi altında Cənubi Amerika kubokunu qazanıb.