Futbol üzrə İspaniya La Liqasının növbəti mövsümünə vəsiqə qazanan ilk klub bəlli olub.
Arena.az xəbər verir ki, Sequndanın lideri “Espanyol” sona 4 tur qalmış elitaya vəsiqəni təmin edib.
Kataloniya təmsilçisi hazırda 78 xalla liderdir və 3-cü sırada qərarlaşan “Almeriya”nı 12 xal qabaqlayır.
Sequndada 1-ci və 2-ci sıranı tutan komandalar La Liqaya birbaşa yüksəlir. Hazırda “Malyorka” turnir cədvəlində 2-ci olsa da, elitaya vəsiqəni təmin edə bilməyib. La Liqaya yüksələcək 3-cü komanda isə pley-off oyunlarından sonra məlum olacaq.
Xatırladaq ki, “Espanyol” 2019/20 mövsümünün yekununda 20 kollektiv arasında sonuncu yeri tutduğu üçün elita ilə vidalaşmışdı.


