Estoniya – Azərbaycan: Start heyətlər açıqlandı

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/25 mövsümünün qrup mərhələsinin 3-cü turunda Estoniya yığması ilə üz-üzə gələcək.

Arena.az xəbər verir ki, C Liqasının 1-ci qrupunda yer alan komandalar Tallin şəhərindəki “Lilleküla” stadionunda qarşılaşacaqlar.

Bakı vaxtı ilə saat 20:00-da start veriləcək qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvey idarə edəcək.

Artıq bu oyun üçün start heyətlər də müəyyənləşib. Baş məşqçilər aşağıdakı kimi seçim ediblər:

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
11 oktyabr

Estoniya – Azərbaycan
Hakimlər: Rob Harvey, Robert Klark, Ueyn Makdonnell, Rob Hennessi (hamısı İrlandiya).
Tallin. “Lilleküla” stadionu. Saat 20:00.

Estoniya: 12. Karl Yakob Heyn, 3. Mihael Şyonninq-Larsen, 4. Mattias Kayt, 5. Rokko Robert Şeyn, 8. Henri Anyer, 11. Mihkel Aynsalu, 13. Maksim Paskotsi, 15. İoan Yakovlev, 16. Yoonas Tamm, 18. Karol Mets (k), 23. Vlasi Sinyavski.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Vallner, 2. Marten Kuusk, 6. Rasmus Peetson, 7. Robi Saarma, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 14. Patrik Kristal, 17. Martin Miller, 19. Mixael Lilander, 20. Markus Poom, 21. Martin Vetkal.
Baş məşqçi: Yürgen Henn.

Azərbaycan: 1. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 17. Toral Bayramov, 20. Aleksey İsaev, 22. Abbas Hüseynov (k).
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozan Can Kökçü, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 14. Rüstəm Əhmədzadə, 16. Vadim Abdullayev, 18. Ceyhun Nuriyev, 19. Xəyal Nəcəfov, 21. Qismət Alıyev.
Baş məşqçi: Fernando Santos.

Xəbəri sosial şəbəkələrdə paylaş: