Futbol üzrə Estoniya yığmasının AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Estoniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Estoniya yığmasının baş məşqçisi Tomas Heberli 24 futbolçuya dəvət göndərib. Tayo Teniste, Rauno Sappinen, Markus Somets və Erko Yonne Tuqyas zədə səbəbindən yığmadan kənarda qalıblar. Müdafiəçilərdən Nikita Baranov şəxsi səbəblərdən icazəlidirsə, dəvət alan Karol Mets cəzalı olduğu üçün Azərbaycan yığması ilə görüşü buraxacaq.
Yarımmüdafiəçi Martin Vetkal isə Tailand yoldaşlıq oyunu zamanı heyətə qoşulacaq. Məsələ burasındadır ki, Estoniya millisi oktyabrın 13-də Azərbaycan, 17-də isə Tailand ilə qarşılaşacaq. Hər iki matç Tallində baş tutacaq.
Yeri gəlmişkən, Tomas Heberli “Sumqayıt”da çıxış edən Erik Sorqanı da millimizlə oyun üçün heyətə çağırıb.
Qapıçılar: Karl Yakob Heyn (“Arsenal”, İngiltərə), Matvey İqonen (“Hebar”, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”);
Müdafiəçilər: Karol Mets (“Sankt Pauli”, Almaniya), Yonas Tamm (“Botev”, Bolqarıstan), Artur Pikk (“Odra”, Polşa), Marten Kuusk (“Uypeşt”, Macarıstan), Maksim Paskotşi (“Qrasshopper”, İsveçrə), Ken Kallaste, Mixael Lilander (hər ikisi “Flora”), Rasmus Peetson (“Levadiya);
Yarımmüdafiəçilər və hücumçular: Henri Anier (“Li Man”, Honkonq), Mattias Kayt (“Rapid”, Rumıniya), Erik Sorqa (“Sumqayıt”, Azərbaycan), Vlasi Sinyavski (“Slovatsko”, Çexiya), Markus Pum (“Şemrok Rovers”, İrlandiya), Georgi Tunyov (“Peskara”, İtaliya), Boqdan Vaşuk (“Vozdovats”, Serbiya), Rokko Robert Şeyn (“Dordrext”, Niderland), Aleks Mattias Tamm (“Nomme Kalyu”), Konstantin Vasilyev, Sergey Zenyov, Henrik Oyama, Martin Miller (hamısı “Flora”).


