Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 4-cü turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
“Qəbələ-2” doğma meydanda “İmişli”nin ikinci komandasını 8 cavabsız qolla üstələyib. “Turan Tovuz” isə evdə “Sumqayıt-2” ilə oyunda tək qolla uduzub.
4-cü tura sentyabrın 14-də keçiriləcək son bir oyunla yekun vurulacaq.
Əvəzedicilər Liqası
4-cü tur
11 sentyabr
“Neftçi-2” – “Şəfa-2” 4:0
Qollar: Tunar Mehdiyev, 15. Elvin Vəliyev, 27. Məhəmməd Məmmədli, 45+1. Vüsal Kərimov, 58.
Hakimlər: Ləman Əmirli, Orxan İbişov, Asif Abdullayev, Murad Səlimov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.
12 sentyabr
“Qarabağ-2” – “Araz-Naxçıvan-2” 3:1
Qollar: Nicat Xasıyev, 48; 75; 90+4 – Cavid Paşa, 38.
Hakimlər: Niyaz Əhmədov, Aydın Baxşıyev, Ruslan Babayev, Rəsul Babayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Binə qəsəbə stadionu, 16:00.
13 sentyabr
“Qəbələ-2” – “İmişli-2” 8:0
Qollar: Samir Ağayev, 10. Allahverdi Şirinov, 33. Cuma Hüseynov, 40; 52; 89. Rəvan Əsədov, 54; 62. Daniel Eşimoxay, 79.
Hakimlər: Nahid Xasıyev, Sənan Atayev, Hüseyn Vəliyev, Samir Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.
“Turan Tovuz-2” – “Sumqayıt-2” 0:1
Qol: Emil Həsənov, 33.
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Elvin Mədətov, Namiq Bəkirov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 16:00.
14 sentyabr
“Şamaxı-2” – “Kəpəz-2”
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Əkbər Əliyev, Mehdi Yusifov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu, 15:00.


