“Everton” Şon Dayça tapşırıldı

İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra Şon Dayç çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Şon Dayç bu vəzifədə bir neçə gün öncə istefaya göndərilmiş Frenk Lempardı əvəzləyib. 51 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Şon Dayç daha əvvəl ölkəsinin “Uotford” və “Bernli” komandalarına da rəhbərlik edib. İngilis mütəxəssis sonuncu iş yeri olan və 10 il çalışdırdığı “Bernli”dən 2022-ci ildə ayrılıb.

“Everton” bu mövsüm İngiltərə Premyer Liqasında uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Komanda 20 oyuna cəmi 15 xal toplayıb və 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.