“Sərhədçi” basketbol komandasının baş məşqçisi təyin olunan Evren Alkaya bu təyinatı barədə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, türkiyəli mütəxəssis paytaxt klubunun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib
“Sərhədçi” dəyərli klubdur. Mövsümün əvvəlindən izləyirəm, çox sevdiyim kollektivdir. Sadəcə, bu il istədikləri nəticələri ala bilmədilər. Həm mövsümə gec başladılar, həm də hərbi xidmətdə olan oyunçulara görə müəyyən çətinliklər yaşandı. Artıq iş sırası bizdədir. Ölkə kubokunadək komandanı güclü səviyyəyə çatdıracağıq. Üç yeni transfer etmişik. Bu oyunçuların uyğunlaşma prosesini tez keçib liqanın ikinci yarısına sürətli və yaxşı başlamaq istəyirik”.
Xatırladaq ki, Evren Alkaya həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir. O, “Sərhədçi”nin baş məşqçi postunda Vladimir Boşnyakı əvəz edib.
“Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.


