Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, ilk oyun günündə “Ankaragücü” və “Fənərbaxça” komandaları üz-üzə gəliblər.
Ankarada keçirilən oyun meydan sahibləri üçün uğurlu alınıb. Belə ki, iddialı rəqibinə 3 cavabsız qolla qalib gələn “Ankaragücü” yarımfinala ilk vəsiqənin sahibi olub.
Türkiyə Kubokunda 1/4 finalın digər oyunları fevralın 28-də və 29-da keçiriləcək.
Türkiyə Kuboku
1/4 final
27 fevral
Ankaragücü – Fənərbaxça 3:0
Qollar: Morutan, 10. Xatsiyovanis, 33. Q.Rodriqes, 87.
28 fevral
18:30. Trabzonspor – Başakşəhər
21:45. Beşiktaş – Konyaspor
29 fevral
21:45. Qalatasaray – Fatih Karagümrük


