Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva qadın futbolçular arasında UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarına təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək
Fəridə Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında “Flora” (Estoniya) – “Mgar Yunayted” (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.
Lütfəliyeva “Flora” – “Mgar Yunayted” qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın “Spartak Miyava” komandasınna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.
Xəbərdə o da vurğulanır ki, bu oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən “Spartak Miyava” stadionunda baş tutacaq.


