Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva qadınlardan ibarət Türkiyə və Rumıniya yığmalarının beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Fəridə Lütfəliyeva Türkiyənin Antalya şəhərində keçiriləcək Türkiyə – Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq. Ədalət təmsilçisinə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə yan xətt hakimi qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.
“Atatürk” Olimpiya Stadionundakı qarşılaşma bu gün – fevralın 28-də baş tutacaq.



