Futbol üzrə İsveçrə milli komandasının və “Nyukasl”ın mərkəz müdafiəçisi Fabian Şer İngiltərə klubu ilə müqaviləsini yeniləyib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
32 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulmuş sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu mövsümün sonuna kimi idi.
Xatırladaq ki, Fabian Şer 2018-ci ilin iyul ayından “Nyukasl”da oynayır. Təcrübəli müdafiəçi bu komandanın heyətində 169 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Bazel”, “Vil”, “Hoffenhaym”, “Deportivo” kimi klubların da şərəfini qoruyub.
Şer 2013-cü ilin avqust ayında debüt etdiyi İsveçrə milli komandasının heyətində 78 oyuna çıxıb, 8 qola imza atıb.


