İtalyan mütəxəssis Fabio Kannavaro Xorvatiya nəhəngi Zaqreb “Dinamo”sunun baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az bu barədə “Dinamo”nun mətbuat xidmətinə istinadən məlumat verir.
Kannavaro işinin icrasına 2025-ci ilin yanvar ayının 3-də başlayacaq.
İtaliyan mütəxəssis “Dinamo”nun baş məşqçisi vəzifəsində cari ilin sentyabr ayından fəaliyyət göstərmiş xorvat mütəxəssis Nenad Byelitsanı (Byelitsa) əvəzləyib.
Xatırdaq ki, 51 yaşlı italyan mütəxəssisin son iş yeri “Udineze” olub, Kannavaro cari ilin iyun ayında “kiçik zebrlər”dən ayrılıb.
Ötənlərin məşhur mərkəz müdafiəçisi Fabio Kannavaro məşqçilik fəaliyyətinə 2013/2014-cü illər mövsümündə “Əl-Əhli”də köməkçi-məşqi olaraq başlayıb. Ardınca Kannavaro “Quançjou”, “Əl-Nəsr”, “Tyantszin Tyanhay”, Çin milli yığma komandası, “Benevento” və “Udineze”ni çalışdırıb.


