“Komo”nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyasının 1-ci turunda “Yuventus”a 0:3 hesablı səfər məğlubiyyətinə aydınlıq gətirib.
Arena.az “Corriere dello Sport” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Çox danışmaq istəmirəm. Hələ oyuna yenidən baxmalıyam. Ötən mövsüm də ilk oyunda “Palermo”ya 0:3 hesabı ilə uduzsaq da, sonradan daha yaxşı olduğumuzu göstərdik. Təəssüf ki, “Yuventus”un topu ələ keçirib bizi məhv etdiyi o anlarda çox şey itirilirdi”, deyə Fabreqas bildirib.
1-ci turdan sonra “Yuventus” 3 xalla İtaliya A Seriyasının yarış cədvəlində liderlər dəstəsində 3-cü pillədə qərarlaşıb. Xalsız “Komo” isə 19-cu pillədədir. Yarış cədvəlinə 1-ci turda “Leççe”ni 4:0 hesabı ilə məğlub edərək 3 xal qaznamış “Atalanta” başçılıq edir.


