Fabrisio Anxileri “Xetafe”ni “Korintians”a dəyişdi

İspaniyanın “Xetafe” klubunun argentinalı sol cinah müdafiəçisi Fabrisio Anxileri bundan sonra “Korintians”ın formasını geyinəcək.

Arena.az bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb.

La Liqa təmsilçisini azad agent kimi tərk etmiş 30 yaşlı futbolçu yeni klubu ilə bu ilin 31 dekabrınadək anlaşıb.

Fabrisio Anxileri Argentinanın “Qodoy Krus” klubunun yetirməsidir. O, ölkəsində “River Pleyt”in də formasını geyinib. Müdafiəçi “Xetafe”yə 2022-ci ilin iyul ayında azad agent kimi məhz “River Pleyt”dən gəlmişdi. Amma argentinalı futbolçu La Liqa təmsilçisində möhkəmlənə bilməyib. O, “Xetafe”nin heyətində heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 27 oyun keçirib.

“Transfermarkt” internet-portalı 30 yaşlı müdafiəçinin transfer dəyərini 700 min avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: