“Yuventus”un yarımmüdafiəçisi Nikolo Facolinin agenti müştərisinin mərc qoyuluşlarına başlamasının səbəbi haqda danışıb.
Arena.az bu barədə jurnalist Nikolo Skiraya istinadən məlumat verir:
“Sui-istifadə yoxdur, biz məsləhətləşdik və baş verənlər və Nikolonun qumar asılılığından əziyyət çəkdiyi və müvafiq müalicə kursu keçəcəyi barədə sizə müstəqil məlumat vermək qərarına gəldik. Bu fəsad mən onun agenti olmamışdan əvvəl başlayıb. Biz yayda əməkdaşlığa başlamışıq və mövcud vəziyyətə rəğmən, oyunçudan imtina etməmək qərarına gəldik”, deyə Facolinin təmsilçisi bildirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda, Facolinin qumara görə ciddi cəza almamaq üçün istintaqla əməkdaşlığa gedəcəyi barədə məlumatlar yayılmışdı.
Bundan əvvəl qanunsuz mərc oyunları platformalarında qeyri-qanunu qoyuluşlarda adı çəkilən, “Nyukasl”ın italyan yarımmüdafiəçisi Sandro Tonalinin də qumar asıllığı fəsadından müalicə alacağı haqda məlumat verilmişdi. İtaliyada bir çox mütəxəssislər bu müalicənin təqsirkarların müvafiq “üsulla” ciddi məsuliyyətdən qurtulmağa cəhdi kimi qiymətləndirirlər.


