İtaliyanın “Bolonya” komandasının qapıçısı Federiko Ravalya bundan sonra İngiltərənin “Uotford” klubunun uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Uotford”un rəsmi saytına istinadən xəbər verir.
26 yaşlı italiyalı qolkiper bütün keçid prosedurlarını tamamlayaraq yeni klubuna qoşulub. “Uotford” futbolçu ilə imzalanan müqavilənin müddəti və digər maliyyə detallarını açıqlamayıb. Amma transferin məbləğinin 7 milyon avro olduğu bildirilir. Ravalyanın da yeni klubu ilə 2032-ci ilin 30 iyununadək anlaşdığına dair xəbərlər var.
Federiko Ravalya “Bolonya” akademiyasının yetirməsidir. Qapıçı uşaq yaşlarından etibarən bu klubun sistemində çıxış edib və əsas komandada bütün turnirlər nəzərə alınmaqla 52 rəsmi matça çıxıb. Ravalya bu oyunların 12-də qapısını toxunulmaz saxlamağı bacarıb.
İtaliyalı qapıçının “Uotford”a keçidi onun karyerasında ilk İngiltərə təcrübəsi olacaq. Əvəzində o, “Südtirol”, “Qubbio”, “Frozinone” və “Recina” kimi klublarda icarə əsasında forma geyinib.



