Futbol üzrə İspaniya milli komandasının sabiq hücumçusu Fernando Lyorente özünə yeni klub tapıb. Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu “Eybar”la anlaşıb.
Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Təcrübəli hücumçu ilə müqavilə 2021/22 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Lyorente son olaraq İtaliyanın “Udineze” klubunda forma geyinib. O, bu ilin yanvarında A Seriyası təmsilçisi ilə ilyarımlıq müqavilə bağlasa da, avqustda müqaviləsinə xitam verilmişdi. Həmin vaxtdan hücumçu klubsuz idi.
Fernando Lyorente daha əvvəl ölkəsində “Baskoniya”, “Sevilya” və “Atletik” klublarının da uğurları üçün çalışıb. O, İngiltərədə “Tottenhem”, “Suonsi Siti”, İtaliyada “Yuventus”, “Napoli” kimi klublarda legioner həyatı da yaşayıb. İspaniya yığmasında 24 oyun keçirmiş futbolçu, 7 qola da imza atıb.


