FIFA futbol agentləri haqda yeni qaydalarının tətbiqini dayandırdı

FIFA ötən ilin yanvarda qəbul etdiyi yeni agentlik qaydalarını Avropa Məhkəməsinə müraciət edənə qədər dünya üzrə dayandırmağa qərar verib.

Arena.az bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir.

Beləliklə FIFA Avropa Ədalət Məhkəməsinə apellyasiya ünvanladıqdan sonra müvafiq qaydalara riayət edilməsini agentlərin qarşısına ciddi şəkildə tələb qoyacaq.

Bildirilir ki, FIFA tərəfindən müvafiq qərar bir sıra ölkələrin, məsələn, Almaniya, İtaliya, İspaniya, İngiltərə, Braziliyanın bu qaydalarda yer alan müddəalara əməl etməkdən imtina etməsindən sonra verilib.

FIFA-nın hazırda tətbiqini dayandırdığı yeni qaydalarına əsasən, futbol agentliyinə iddialı şəxslər yalnız ingilis dilindən xüsusi imtahan verdikdən və müvafiq lisenziya aldıqdan sonra agentlik fəaliyyətini həyata keçirməlidirlər. Bundan əlavə, yeni qaydalar agent komissiyalarına müəyyən məhdudiyyətlər qoyur. Oyunçuların agentlə müqaviləsini onun üçün heç bir təzminat ödəmədən pozmaq hüququ da var.

Xəbəri sosial şəbəkələrdə paylaş: